Fransa prezidenti Emmanuel Makron futbol dünyasını təəccübləndirib - SƏBƏB

Fransa prezidenti Emmanuel Makron  futbol dünyasını təəccübləndirib - <span class="qirmizi">SƏBƏB</span>

           Fransa prezidenti Emmanuel Makron özünün təxmin etmək istedadı ilə futbol dünyasını təəccübləndirib. Makron nəinki Fransa-Polşa matçının hesabını təxmin etməyi, həm də vurulan qolların müəlliflərini dəqiq proqnozlaşdırmağı bacarıb.
Şənbə günü Makron "Le Parisien"-ə müsahibə verib və o, deyib: “Düşünürəm ki, 3-1 hesabı ilə qalib gələcəyik. Mbappe kimi Levandovski də qol vuracaq. Ola bilsin ki, tarixə düşmək istəyən Jiru da qol vursun".
         Fransa millisi Dünya çempionatının pley-off mərhələsində Polşanı həqiqətən də 3:1 hesabı ilə məğlub etdi, qolları isə Kilian Mbappe və artıq Fransa milli komandasının tarixində ən çox qol vuran (52 qol) olan Olivye Jiru qol vurdular. Polşalılar üçün prestij qolunu isə Robert Levandovski vurdu.

Mənbə: