İtaliya klubu 36 yaşlı bombardirlə yeni müqavilə imzalayıb

İtaliya klubu 36 yaşlı bombardirlə yeni müqavilə imzalayıb

İtaliyanın “Sampdoriya” klubu futbolçusu Fabio Kvalyarella ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu 2021-ci ilin yayına qədər Genuya klubunda çıxış edəcək.

F.Kvalyarella ötən mövsüm 26 qolla A seriyasının bombardiri olub. O, karyerasını davam etdirənlər arasında oyun sayında çempionatın rekordçudur.

Qeyd edək ki, forvard 2016-cı ildən “Sampdoriya”da oynayır.

Mənbə: apa.az