Beş azərbaycanlı uşaq taekvondoçu Avropa çempionatından medalla qayıdır

Beş azərbaycanlı uşaq taekvondoçu Avropa çempionatından medalla qayıdır

Almaniyanın Zindelfinqen şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində Azərbaycan beş medal qazanıb.

Oxu.Az xəbər verir ki, “Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (-27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (-32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (-39 kq, “Əmin” t.k.) və Tamerlan Yaqubov (-29 kq, FHN) gümüş medal, Fərid Quşxani (-35 kq, “Ümid” t.k.) isə birinciliyi bürünc medalla başa vurub.

Xatırladaq ki, Avropa birinciliyinə respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı qatılıb.

Mənbə: www.oxu.az