Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatı keçirilir

Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatı keçirilir

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, ölkə birinciliyində 15-dək regiondan 150-ə yaxın idmançı iştirak edir.

Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayırlar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaq.

Mənbə: azertag.az