Dario Frederiko: "Neftçi" "Qarabağ"ı ötəcək gücdədir"

Dario Frederiko: "Neftçi" "Qarabağ"ı ötəcək gücdədir"

"Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko Premyer Liqanın XIV turunda "Sabah"ı səfərdə 2:0 hesablı ilə üstələdikləri oyundan sonra deyib.

Baziliyalı vinger digər sualları da cavablandırıb.

- "Neftçi" "Qarabağ"ı turnir cədvəlində ötəcək gücdədirmi?

- Əlbəttə. Kifayət qədər potensiala malik komandayıq. Kollektivdə güclü rəqabət var və bu, özümüzü daha yaxşı göstərməyimizə kömək edir. Ötən il indiki vaxtda "Qarabağ"dan 5 xal öndə idik. Qış fasiləsindən sonra onlar bu fərqi aradan qaldıraraq çempion oldu. Biz də bunu bacara bilərik. Sona qədər mübarizə aparacağıq.

- Yayda "Neftçi"yə qayıtdıqdan sonra komandanın liderlərindən olacağınızı düşünürdük, ancaq indi ehtiyatda qalırsınız.

- Deməzdim ki, komandama xeyrim dəymir. Bəzi matçlarda istəsən belə, oyunun yaxşı alınmaya bilər. Çalışıram komandanın qələbələrində payım olsun. Mənim üçün əsas komandamın müsbət nəticə qazanmasıdı.

- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Hazırda da ehtiyatda qalırsınız. Eyni hadisə təkrarlana bilərmi?

- Futbol dinamik oyundur. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. Ötən il belə bir şey oldu, mən də dəyərləndirdim.

- Mövsümün bu ərəfələrində əcnəbi futbolçular artıq qış fasiləsini düşünürlər. Bu amil ölkə kubokunun 1/4 final matçlarına köklənmə baxımından sizə problem yaratmaz?

- Bu elə məsələdir ki, hərə özünə cavabdeh ola bilər. Düşünürəm ki, biz peşəkar klubun futbolçularıyıq, son oyuna qədər mübarizə aparmalıyıq. Kubokda yarımfinala adlayandan sonra istirahət barədə düşünə bilərik.

Mənbə: report.az