İsveçrənin Bakı planı - Türkiyə və Uelsdən sonra...

İsveçrənin Bakı planı - Türkiyə və Uelsdən sonra...

İsveçrə millisinin AVRO-2020-yə hazırlıq proqramı bəlli olub

Offsideplus.az xəbər verir ki, isveçrəlilər yoldaşlıq oyunları çərçivəsində mayın 31-də Bazeldə Almaniyanı, iyunun 4-də Sankt-Qallendə Lixtenşteyni qəbul edəcək. Komanda iyunun 8-də Sürixdən Bakıya yola düşəcək, Uelslə ayın 13-də baş tutacaq A qrupunun ilk görüşünün hazırlığına başlayacaq. Qarşılaşmanın ertəsi günü Vladimir Petkoviçin kollektivi Romaya səfər edəcək. İyunun 17-də İtaliya ilə baş tutacaq matçdan iki gün sonra yenidən Bakıya qayıdacaq komanda ayın 21-də Türkiyə ilə keçiriləcək son oyuna hazırlaşacaq.

İsveçrəlilər Bakıda otel və təlim-məşq bazasını Türkiyə və Uels nümayəndələrindən sonra seçəcəklər.

Mənbə: offsideplus.az