Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram.
Bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:
“Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram”.
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
Mənbə: www.bakupost.az