Dadaşlinski Elxan Məmmədovu istefaya çağırdı

Dadaşlinski Elxan Məmmədovu istefaya çağırdı

İctimai Televizayada yayımlanan “3D” verilişinin şərti aparıcısı Dadaş Dadaşlinski AFFA-nın baş katibi Elxan Məmmədovu istefaya çağırıb.

Pravda.az-ın xəbərinə görə, D.Dadaşlinski E.Məmmədova “Bir futbol federasiyasının uğursuzluqları nə qədər olmalıdır ki, rəhbərlik istefa versin?” sualını ünvanlayıb.

Elxan Məmmədov suala belə cavab verib: “AFFA-nın rəhbərliyini seçən futbol ailəsidir, yəni üzvlərdir, futbol ictimaiyyətidir. Qərarı onlar qəbul edir.

Dadaşlinski: “Sənəddə belədir...”

E.Məmmədov: “Sənəddə də belədir, reallıqda da...”

Dadaşlinski: “Biz bu işi bacarmadıq” nötqəsi haradır?”

E.Məmmədov: “Bir daha qeyd edirəm ki, qərarı futbol ictimaiyyəti qəbul edir, onlar seçirlər. Bütün dünyada belədir. Təəssüflər olsun ki, AFFA-nın işini yalnız milli komanda ilə bağlayırsınız... Həmin milli komanda 3 il əvvəl yaxşı nəticə qazanmışdı, hamı sevinirdi. Gələcək də olacaq”.

Dadaşlinski: ““Gələcək” deyərkən nəyi nəzərdə tutursunuz?”

E.Məmmədov: “Gələcək göstərəcək. Onu kimsə deyə bilməz”.

Dadaşlinski isə gülərək “Çox gözəl, Elxan müəllim...” deyərək yekunlaşdırıb.

E.Məmmədov qeyd edib ki, AFFA-da olmağımız bəzi insanları qane etmir, çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq: “Son 3 ildə danışılmış oyunlara qarşı mübarizə aparırıq. Bu amil də bəzi insanların xoşuna gəlmir, bizə qarşı müxtəlif kampaniyalar aparırlar. AFFA-nın fəaliyyəti göz qabağındadır, şəffafdır”.

Mənbə: pravda.az