Püşk Azərbaycan yığmasını Ermənistanla eyni qrupa salıb

Püşk Azərbaycan yığmasını Ermənistanla eyni qrupa salıb

Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.

Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.

16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.

Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.

Qeyd edək ki, ümumilikdə 18 növ üzrə yarışların püşkü atılıb.

Mənbə: apa.az