Azərbaycan millisinin voleybolçusu Polşadan deportasiya edilə bilər

Azərbaycan millisinin voleybolçusu Polşadan deportasiya edilə bilər

Polşanın “Radomka” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova işçi vizası ilə bağlı problemlə üzləşib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən 26 yaşlı idmançını Polşadan deportasiya etmək istəyirlər.

AVF məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə və Polşa Voleybol Federasiyasına məktubla müraciət edib.

Qeyd edək ki, ötən mövsüm Polşanın “Pila” klubunun formasını geyinən Əzizova bu yay “Radomka”ya keçib.

Mənbə: report.az