Elxan Məmmədov "Avro 2020 gözəl bir futbol bayramı olacaq"

Elxan Məmmədov "Avro 2020 gözəl bir futbol bayramı olacaq"

"Avro 2020 ilə hazırlıq yüksək səviyyədədir və gözəl bir futbol bayramı olacaq"
Sonxeber.az bildirir ki, bu sözləri AFFA- nın baş katibi Elxan Məmmədov İctimai kanalda 3 D verilişində qonaq olarkən deyib. O aparıcının "Avro 2020 ilə hazırlıq nə yerdədədir?"sualını cavablandırıb:

"Bakı şəhəri 4 şəhərdən biridir ki, 4- dən biri finalıda qəbul edəcək. Yəni 3 qrup mərhələ oyunu və 4- də bir finalı. Bizimlə yanaşı Münhen şəhəri, Sankt- Peterburq və Roma da həmin oyunu qəbul edəcək. Cəmisi 4 oyunumuz olacaq və inanıram ki, gözəl bir futbol bayramı olacaq. Hazırlıq yüksək səviyyədə gedir. Dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. hər şey qaydasında gedir. Əslində bizim üçün Avropanın Liqa finalı böyük imtahan idi. Orada da bütün könüllülərimiz, dövlət qurumlarmız, yerli təşkilat komitəmiz, əməliyyat qrupumuz dövlətin dəstəyi ilə gözəl bir final keçirdik".

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az