Argentina və Panama milli komandaları arasında keçirilən yoldaşlıq görüşündən sonra maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, cənubi amerikalıların kapitanı Lionel Messi rəqib komandanın futbolçuları tərəfindən xüsusi diqqət görüb. Panamalı futbolçuların hər biri ona yaxınlaşaraq foto çəkdirməyi və formalarının üzərinə imza atmasını istəyib. Dünya çempionu həmkarlarının təklifini geri çevirməyib. Bir neçə dəqiqə çəkən proses maraqlı görüntülərlə yadda qalıb.
Qeyd edək ki, Dünya çempionatından sonra ilk sınağına çıxan Argentina millisi 2:0 hesablı qələbə qazanıb. Messi isə cərimə zərbəsindən baxımlı qola imza atıb.
Mənbə: publika.az