Rusiya klublarından 18 illik antirekord

Rusiya klublarından 18 illik antirekord

Bu mövsüm avrokuboklarda çıxış edən rus klublarının heç biri pley-off-a adlaya bilməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla da 18 illik antirekord təkrarlanıb. Rusiya təmsilçiləri sonuncu dəfə 2001-2002 mövsümündə bu cür uğursuzluqla üzləşmişdi.

Qeyd edək ki, cari mövsüm Rusiyanı avrokuboklarda "Lokomotiv", "Zenit" (Çempionlar Liqası), CSKA və "Krasnodar" (Avropa Liqası) təmsil edirdi.

Milli.Az

Mənbə: news.milli.az