Stiven Cerrardla müqavilə uzadıldı

Stiven Cerrardla müqavilə uzadıldı

Şotlandiyanın "Reyncers" klubu baş məşqçisi Stiven Cerrardla müqaviləni yeniləyib.

Milli.Az xəbər verir ki, 39 yaşlı mütəxəssislə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

"Liverpul"un əfsanəsi 2018-ci ildən Qlazqo klubunu çalışdırır.

"Reyncers" Şotlandiya Premyer Liqasında 15 turdan sonra 38 xalla 2-cidir. Komanda Avropa Liqasında 1/16 finala vəsiqə əldə edib.

Milli.Az

Mənbə: metbuat.az