Riberi 10 həftə futbol oynamayacaq

Riberi 10 həftə futbol oynamayacaq

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, A seriyasının 14-cü turunda "Leççe" ilə matçda ayağından zədələnən fransalı yarımmüdafiəçi Almaniyada əməliyyat olunub. 36 yaşlı oyunçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək.

Qeyd edək ki, Riberi bu mövsüm ölkə çempionatında 11 matçda 2 qol vurub.

Mənbə: azvision.az