“Barselona” xal itirdi

“Barselona” xal itirdi

İspaniya La Liqasında hesabat turunun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, son çempion "Barselona" da növbəti matçına çıxıb. Kataloniya təmsilçisi doğma azarkeşləri önündə "Real Sosyedad"la qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb.

"Real Sosyedad" - "Barselona" - 2:2
Qollar: Oyarzabal, 12-pen (1:0), Qrizmann, 38 (1:1), Suares, 48 (1:2), İsak, 62 (2:2)

Bu nəticədən sonra Ernesto Valverdenin komandası 35 xalla 1-ci pillədə qərarlaşıb. "Real" 34 xalla (15 oyun) 2-ci, "Sevilya" 31 xalla (16 oyun) 3-cüdür.

Mənbə: qafqazinfo.az