“Real Madrid” braziliyalı hücumçusu Rodriqo ilə bağlı qərar verib.
“Kral klubu” futbolçunu satmağı planlaşdırmır.
Onun xidmətində “Mançester Siti” və “Liverpul” maraqlı olsa da, Madrid klubunun prezidenti Florentino Peres şəxsən Rodriqonu İspaniya nəhəngində saxlamaqda israrlıdır.
Qeyd edək ki, hücumçu 2019-cu ilin yayından “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatır.
“Transfermarkt” portalı futbolçunu 110 milyon avro qiymətləndirir.
Mənbə: qafqazinfo.az