Bu gün Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” klubu səfərdə “Hamburq”la üz-üzə gəlib.
Mahir Emreli bu görüşdə də fərqlənib.
O, matçın 63-cü dəqiqəsində komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub.
Mənbə: qafqazinfo.az