"Arsenal" klubunun rəsmisi vəzifəsindən ayrılıb

"Arsenal" klubunun rəsmisi vəzifəsindən ayrılıb

İngiltərənin "Arsenal" komandasının idman direktoru Edu Qaspar vəzifəsindən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2019-cu ildən "topçular"ın uğurları üçün çalışan 46 yaşlı braziliyalı mütəxəssis, 2022-ci ildən idman direktoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, "Arsenal" Premyer Liqada on turdan sonra 18 xalla 5-ci sırada qərarlaşıb.

Mənbə: report.az