Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.
Ağdam klubu səfərdə Norveç təmsilçisi “Bodo Qlimt” ilə qarşılaşacaq.
“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45. “Bodo Qlimt” (Norveç) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.
***
Komandaların start heyətləri açıqlanıb.
“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Toral Bayramov, Yankoviç, Patrik Andrade, Kaşuk, Zubir, Addai, Olaviyo Juninyo
Ehtiyat heyət: Sadiq Məmmədzadə, Buntiç, Mateua Silva, Benzia, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Marko Veşoviç, Nəriman Axundzadə
“Bodo Qlimt”: Haykin, Şevold, Nilsen, Byortuft, Byorkan, Evyen, Berq (k), Saltnes, Zinkernaqel, Mikkelsen, Xeyre
Ehtiyat heyət: Brennbo, Vembanqomo, Qunnersen, Euklenn, Espeyor, Brustad-Fed, Helmersen, Myattya, Serli, Tomiç, Serensen, Juqel
***
Matç başladı
***
21-ci dəqiqədə Toral Bayramov fantastik qolla hesabı açır.
***
Patrik Berq 41-ci dəqiqədə hesabı bərabərləşdirir. “Qarabağ” “Bodo Qlimt”- 1:1
***
Fasilə
***
İkinci hissə başladı.
***
68-ci dəqiqədə Zubir “Qarabağ”ı yenidən hesabda önə çıxarır.
***
Qarşılaşmanın 81-ci dəqiqəsində “Bodo Qlimt”in oyunçusu Filip Zinkernaqel oyundan kənar vəziyyətdə olduğu üçün meydan sahiblərinin qolu qeydə alınmır.
***
“Qarabağ” “Bodo Qlimt” üzərində qələbə qazanaraq Avropa liqasında ilk qələbəsini qazandı.
Mənbə: qafqazinfo.az