Neymarın üzüyünü oğurlayıb, satışa çıxartdılar

Neymarın üzüyünü oğurlayıb, satışa çıxartdılar

Azarkeşlərdən biri Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı oyunçusu Neymarın üzüyünü oğurlayıb.

Hadisə Asiya Çempionlar Liqasında İranın "Esteghlal" komandası ilə oyun zamanı baş verib. Neymar meydana daxil olarkən azarkeşlərə əl uzadıb və onlardan biri futbolçunun barmağındakı üzüyü çıxarıb.

Daha sonra isə üzüyü oğurlayan fanat onu 60.000 Səudiyyə riyalı (təxminən 15.000 avro) qarşılığında satışa çıxarıb və reklamda bunun “Neymarın üzüyü” olduğunu göstərir.

Mənbə: axar.az