Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Səbail” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.
“ASCO Arena”da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar isə final fitinə 4 dəqiqə qalmış Faiq Hacıyevin qolu ilə məğlubiyyətdən xilas ola biliblər.
Qeyd edək ki, turnir cədvəlində “Turan Tovuz” 26 xalla üçüncü, “Səbail” 8 xalla doqquzuncu sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XIII tur
9 noyabr
“Səbail” – “Turan Tovuz” 1:1
Mənbə: qafqazinfo.az