UEFA Millətlər Liqasında V tura start verilib.
C Liqasında keçirilən oyunlar çərçivəsində Ermənistan millisi doğma meydanda Farer adalarını qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 33-cü dəqiqədə Vilolmur Devidsen vurub.
Qeyd edək ki, erməni azarkeşlər son vaxtlar uğursuz nəticələrə görə Ermənistan Futbol Federasiyası rəhbərinin istefasını tələb edirlər.
Mənbə: apa.az