"Qarabağ" Beqoviçə Avropadan əvəzləyici tapdı

"Qarabağ" klubu Asmir Beqoviçin gedişindən sonra yeni qapıçı axtarışlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar" Şotlandiyanın "Sent Mirren" klubunun qolkiperi Vatslav Xladki ilə danışıqlar aparır. Bu barədə Şotlandiyanın və İngiltərənin bir sıra media orqanlarında məlumatlar yayılıb. Məsələnin detalları ilə bağlı ətraflı məlumat tezliklə veriləcək.

Qapıçı özü isə "azerisport.az" saytına açıqlamasında danışıqların davam etdiyini bildirib:

"Danışıqlar hələ də davam edir. Ancaq bu barədə hələlik konkret bir addım atılmayıb".

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin 90 illik yubileyində iştirak edib

SONRAKI XƏBƏR

"Ermənistanda qızlar və qadınlar əsasən ataları, qardaşları, əmi və əmiuşaqları tərəfindən zorlanırlar"