"Neftçi"ni mövsümün sonunadək kim çalışdıracaq?

"Neftçi"ni mövsümün sonunadək kim çalışdıracaq?

Xəbər verdiyimiz kimi, "Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərib. Klubun rəsmi açıqlamasında komandanın müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırıldığı bildirilir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" rəhbərliyi mövsümün sonunadək yeni baş məşqçi gətirmək niyyətində deyil. Həmin vaxtadək komandanı Füzuli Məmmədov çalışdıracaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəni dayandıran "Neftçi" Premyer Liqada 14 turdan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Qarabağ"dan 6 xal geri qalır.

Fanat.Az

Mənbə: fanat.az