Marselo - 350, Varan - 300

"Real" İspaniya La Liqasının 20-ci turu çərçivəsində "Sevilya"ya 2:1 hesabıyla qalib gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu qarşılaşma "Real"ın futbolçuları - Marselo və Rafael Varan üçün əlamətdar olub. Marselo "Real"ın heyətində La Liqada 350-ci oyuna çıxıb. Braziliyalı müdafiəçi bu oyunların 243-də qalib gəlib, 25 qolla yadda qalıb.

Varan üçün isə "Sevilya"yla matç "Real"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 300-cü oyun olub. 2011-ci ildən Madrid klubunun şərəfini qoruyan fransalı futbolçu, bu qarşılaşmaların 201-də qalib gəlib və 14 qolla yadda qalıb.

 

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda gənc sürücü qəza törədərək xəsarət alıb

SONRAKI XƏBƏR

İlham Əliyev: 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO