"Bugünkü oyunumuza görə şadam" - Sopiç

"Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik. Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odur ki, bu gün yaxşı oyun sərgilədik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Antalya toplanışı çərçivəsində Qazaxıstanın "Kaysar" klubuna qalib gəldikləri yoxlama matçından sonra deyib.

Xorvatiyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında 3:1 hesablı qələbəni belə şərh edib: "Rəqibə fərqlənmək üçün çox az şans verdik. Oyundan-oyuna inkişaf edirik. Ancaq qarşıdakı oyunlarda əldə etdiyimiz şanslardan daha yaxşı yararlanmalıyıq. İlk hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı.

Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdır".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İtkimiz çox oldu, lakin uğrunda ölən varsa Vətən var! - Aslan Abbaszadə yazır

SONRAKI XƏBƏR

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini andı