Ayın ən yaxşı futbolçusu

Ayın ən yaxşı futbolçusu

Almaniya Bundesliqasında dekabrın ən yaxşı futbolçusu məlum olub. Məlumata görə, dekabrın ən yaxşı futbolçusu “Leyptsiq”in hücumçusu Timo Verner olub. Verner ötən ay Bundesliqada iştirak etdiyi 3 oyunda 5 qol vurub.
Bundesliqada dekabrın ən yaxşı futbolçusu mükafatına Vernerlə yanaşı, Dortmund “Borussiya”sından Ceydon Sanço, Marko Roys, “Auqsburq”dan Filipp Maks, “Ayntraxt”dan Filip Kostiç və “Bavariya”dan Filippe Koutinyo namizəd idi.
Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com