“Sabah”–“Spartak-2” matçının vaxtı bəlli olub

“Sabah”–“Spartak-2” matçının vaxtı bəlli olub

Bakı, 21 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol komandası yanvarın 22-də hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Mənbə: azertag.az