“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib

Yanvarın 21-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Fənərbağça” doğma meydanda "Kayserispor”u 2:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. "Başaksəhər” isə səfərdə "Kirklarelispor”un qonağı olub. Qolsuz bərabərlik qeydə alındığı oyunda İstanbul klubu növbəti mərhələyə vəsiqə qazana bilməyib. Buna səbəb "Başakşəhər”in meydanında keçirilən birinci oyunda hesabın 1:1 olmağıdır.

Beləliklə "Fənərbağça” və "Kirklarelispor” Türkiyə kubokunun dörddəbir final mərhələsinə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları yanvarın 22 və 23-də keçiriləcək.

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Tramp Davosda Avropanı təhdid etdi: Razılaşma olmasa...

SONRAKI XƏBƏR

Keçmiş xanımını küçədə bıçaqlayan kişinin adı açıqlandı