London derbisinda sülh bağlandı - VİDEO

London derbisinda sülh bağlandı - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIV turun mərkəzi görüşü Londonda baş tutub.

“Çelsi” və “Arsenal” klublarının qarşılaşmasında qalib müəyyənləşməyib.

“Stemford Bric”də baş tutan derbidə tərəflər iki dəfə fərqlənməyi bacarıblar.

Qeyd edək ki, evdə heç-heçədən sonra xallarını 40-a çatdıran “Çelsi” 4-cü pillədə, 30 xalı olan “Arsenal” isə 10-cu pillədə qərarlaşıb.

Mənbə: baku.ws