"Spartak"ın baş məşqçisi: "Sabah"la oyun sərt alındı"

Rusiyanın "Spartak-2" klubunun baş məşqçisi Aleksey Lunin Türkiyənin Antalya bölgəsində "Sabah"la keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, Moskva təmsilçisinin rəsmi saytına danışan 52 yaşlı rusiyalı mütəxəssis matçın olduqca sərt alındığını vurğulayıb.

"Oyun sərt alındı. Hər iki komanda hücuma köklənmişdi. Əlbəttə, yeni ilə qələbə ilə başlamaq istərdik, ancaq bununla belə, bütün tapşırıqları yerinə yetirdik. Növbəti görüşlərdə oyun səviyyəsini artırmağa çalışacağıq. Həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış edə bilərik" deyə o bildirib.

Qeyd edək ki, "Spartak-2" və "Sabah" komandaları arasında Antalyada baş tutan yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı müğənni arvadı ilə Malayziyaya getdi - FOTO

SONRAKI XƏBƏR

“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar