"Səbail" klubu yeni transferini gerçəkləşdirib

"Səbail" klubu yeni transferini gerçəkləşdirib

"Səbail" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

"Report" paytaxt təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Peyman Keşavarzı heyətinə qatıb. 24 yaşlı cənubi azərbaycanlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" klubu 2019-cu ilin əvvəlində Peyman Keşavarz ilə müqavilə imzalayıb. Lakin oyunçu həmin mövsüm artıq iki klubda çıxış etdiyindən müqavilə ləğv edilib. Keşavarz İran Premyer Liqasında çıxış edən "Traktor"un yetirməsidir.

Mənbə: report.az