Futbolçuların istəyi: “Onu “Bavariya”ya qaytarın”

Futbolçuların istəyi: “Onu “Bavariya”ya qaytarın”

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik komandanın bir neçə futbolçusu ilə görüşüb.

Lent.az -ın məlumatına görə, 54 yaşlı çalışdırıcı heyətlə bağlı müzakirə aparmaq üçün Manuel Noyer, Tomas Müller, David Alaba, Coşua Kimmix və Robert Levandovski ilə bir araya gəlib.

O, komandanın təcrübəli üzvlərindən heyətin güclənməyə ehtiyacının olub-olmadığını soruşub. “Bavariya”nın futbolçuları hazırda “Yuventus”un formasını geyinən Duqlas Kostanın geri qaytarılmasını istəyiblər. Baş məşqçinin bu təkliflə razılaşdığı bildirilir.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2015-2017-ci illərdə “Bavariya”nın formasını geyinib.

Mənbə: lent.az