"Keşlə" "Arsenal"a uduzdu

"Keşlə" "Arsenal"a uduzdu

Bu gün "Keşlə”Antalyada daha bir yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, "qırmızılar" Rusiyanın "Arsenal” klubu ilə qarşılaşıb. İlk oyunda Almaniyanın aşağı liqa klubu "Zvikau”ya 1:4 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri ikinci matçında da ruslara yenilib - 1:2.

Qeyd edək ki, "Keşlə" Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın "Zemplin” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu

Keşlə (Azərbaycan) - Arsenal (Rusiya) 1:2

Qol: Aleksandr Kristavao, 70.

Keşlə: 1. Stanislav Namaşko, İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli, 9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyuşko Boyoviç.

Mənbə: fanat.az