Azərbaycan qılıncoynadanı Qətərdə Qran-Pri yarışında iştirak edəcək

Azərbaycan qılıncoynadanı Qətərdə Qran-Pri yarışında iştirak edəcək

Yanvarın 24-26-da Azərbaycan qılıncoynadanı Qətərdə keçiriləcək Qran-Pri yarışında mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edəcək. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya kuboku turnirində 48 ölkədən 219 idmançı birincilik uğrunda yarışacaq.

AZERTAG.AZ :Azərbaycan qılıncoynadanı Qətərdə Qran-Pri yarışında iştirak edəcək

Mənbə: azertag.az