Onun ilk, PSJ-nin 4000-ci qolu

Onun ilk, PSJ-nin 4000-ci qolu

PSJ-nin Fransa kubokunun yarımfinalında "Reyms"i məğlub etdiyi görüş Paris klubu üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3:0 hesabı ilə başa çatan görüşdə paytaxt təmsilçisinin 4000-ci qolu vurulub. Yubiley qoluna isə 17 yaşlı Tanqu Kuassi imza atıb.

PSJ-nin yetirməsi olan müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qolunu vurub.

Milli.Az

Mənbə: news.milli.az