"Sabah"dan "Səbail"ə getdi, nə danışdı?

"Sabah"dan "Səbail"ə getdi, nə danışdı?

"Səbail”in yeni transferi Hendrik Ekşteyn Bakıtəmsilçisinə keçidi ilə bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki,mövsümün ilk hissəsini "Sabah”da keçirmiş cənubi afrikalı yarımmüdafiəçi yeniklubunun mətbuat xidmətinə açıqlamasında belə danışıb:
"Səbail”ə qatıldığım üçün xoşbəxtəm. Komandayoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya faydagətirmək üçün bura gəlmişəm. Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimihiss etdim. Komandada əla oyunçular. Debütumısəbirsizliklə gözləyirəm".

Mənbə: fanat.az