“Gəncləbirliyi” penalti ilə 3 xal qazanıb

Türkiyə Super Liqasında XIX tur başlayıb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir matç baş tutub.

Günün yeganə oyunu paytaxtda keçirilib. Ankara təmsilçisi “Gənclərbirliyi” evdə “Qaziantep”i sınağa çəkib. Görüşün taleyini meydan sahiblərinin dəqiq yerinə yetirdiyi penalti zərbəsi həll edib.

Qeyd edək ki, tura yanvarın 27-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XIX tur
24 yanvar
“Gənclərbirliyi” – “Qaziantep” – 1:0
Sessenyon, 64 (pen.)

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Nazirlər Kabinetində görüşdə Azərbaycan–Rusiya iqtisadi əlaqələrinin inkişafından danışılıb

SONRAKI XƏBƏR

Üzü qoca qarıya bənzəyən qızı əməliyyat etdilər - Nadir genetik sindrom