"Qəbələ"nin son sınağında 4 qol

"Qəbələ"nin son sınağında 4 qol

Mövsümün qalan yarısına Türkiyədə hazırlaşan "Qəbələ” bu gün Antalyada son sınaq matçına çıxıb.

Fanat.Az xəbərverir ki, eyni adlı şəhərin təmsilçisi Rumıniyanın "Konkordiya” klubu iləüz-üzə gəlib. Görüş"Arkadia” meydançalarında baş tutub. Elmar Baxşıyevin yetirmələrinin qonşuölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayıb. Azərbaycan klubu iki dəfə hesabda önəkeçməsinə baxmayaraq, sonda bu görüşdən heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, bunadək üç yoxlama oyunukeçirən "Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka” (3:0) vəBolqarıstanın "Etar” (0:0) klubları ilə üz-üzə gəlmişdi.

"Qəbələ” – "Konkordiya” (Rumıniya) 2:2

Qollar: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.

"Arkadia” meydançaları.

Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev,Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev,Rövlan Muradov, Ülvi İsgəndərov, Yusif Nəbiyev.

Fanat.Az

Mənbə: www.fanat.az