"Espanyol"da yeni transfer

"Espanyol"da yeni transfer

"Espanyol" heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Rayo Vallecano"dan Adrian Embarbanı heyətinə qatıb.

Bu barədə "Espanyol"un rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Espanyol ispan futbolçu üçün "Rayo Vallekano"ya 10 milyon avro ödəyib.

Embarba bu mövsüm "Rayo Vallecano" formasıyla Sequndada 23 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Milli.Az

Mənbə: news.milli.az