I Liqada xal itirməyən iki komanda qaldı

I Liqada xal itirməyən iki komanda qaldı

Kişi voleybolçular arasında Azərbaycan I liqasında ikinci turun qarşılaşmaları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, "Murov"un bazasında təşkil olunan matçlardan sonra xal itirməyən iki klub qalıb.

Son çempion "Taleh-A.T" növbəti qələbəsini qazanıb. Onlar bu dəfə "Memarlıq və İnşaat Universiteti"nə set vermədən qalib gəliblər. "Taleh-A.T" kimi, "Ağsu" da xalını 6-ya çatdırıb. Bölgə təmsilçisi "Tibb Universiteti"ndən üstün olub.

Turda "Araz 2011"la "Veteran44" də ilk qələbəsinə sevinib. Onlar müvafiq olaraq, "Əlincə" və "Azəri"ni məğlub ediblər. Sonuncular uduzsalar da, 2 setdə qalib gəldikləri üçün mövsümdə xal hesablarını da açıblar.

I Liqa
II tur
26 yanvar

"Memarlıq və İnşaat Universiteti" - "Taleh-A.T" - 0:3 (15:25, 13:25, 17:25)

"Veteran44" - "Azəri" - 3:2 (25:17, 17:25, 25:14, 16:25, 15:13)

"Araz 2011" - "Əlincə" - 3:0 (25:21, 25:8, 25:20)

"Tibb Universiteti" - "Ağsu" - 1:3 (14:25, 14:25, 25:23, 10:25)

Turnir cədvəli:
"Taleh-A.T" (6-0) "Ağsu" (6-2) - hər ikisi 6 xal, "Araz 2011" (3-3), "Əlincə" (3-4) - 3, "Veteran44" (4-5), "Memarlıq və İnşaat Universiteti" (3-5) - 2, "Azəri" (3-6), "Tibb Universiteti" (3-6) - 1.

Qeyd edək ki, I liqa yarışları 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

Milli.Az

Mənbə: news.milli.az