Eriksen "İnter"lə müqavilə imzalamaq üçün Millana gəldi

Eriksen "İnter"lə müqavilə imzalamaq üçün Millana gəldi

Mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Kristian Eriksen "İnter"lə anlaşıb.

XəzərXəbər xəbər verir ki, danimarkalı futbolçu Milan təmsilçisindəillik10 milyon avro maaş alacaq. "İnter" bu keçid üçün 18milyon avro təzminat ödəyəcək. Eriksen tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Müqavilə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib. 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Mənbə: xezerxeber.az