Azərbaycan millisi Gürcüstan yığmasına məğlub olub

Azərbaycan millisi Gürcüstan yığmasına məğlub olub

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun yanvarın 29-da keçiriləcək.

Mənbə: report.az