"İnter"in hücumçusu "Napoli"yə keçib

"İnter"in hücumçusu "Napoli"yə keçib

"İnter"in hücumçusu Matteo Politano komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı forvard karyerasını "Napoli"də davam etdirəcək.

Neapol təmsilçisi onu il yarımlıq icarəyə götürüb. Komanda gələn ilin yayında italiyalını 25 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malik olacaq. Politano artıq Neapola yollanıb və tibbi müayinədən keçib. Tezliklə transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, Matteo Politano bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 14 matç keçirib.

Mənbə: apa.az