"Roma" braziliyalı futbolçunu icarəyə götürüb

"Roma" braziliyalı futbolçunu icarəyə götürüb

"Atalanta" futbol klubunun müdafiəçisi Rojer İbanes icarə əsasında "Roma"ya keçib.

“Report”un məlumatına görə, bu barədə Roma klubunun rəsmi saytı bildirib.

Qeyd edilir ki, 21 yaşlı braziliyalı futbolçunun icarə razılaşması 30 iyun 2021-ci ilə qədər qüvvədə olacaq. Razılaşmaya əsasən klub müəyyən idman nailiyyəti əldə etdikdə oyunçuya məcburi ödəniş etməlidir. İndiki halda romalılar İbanesin transferi üçün 8 milyon avro, bonus kimi 2 milyon avro ödəməlidirlər.

İbanes cari mövsümündə "Atalanta"nın heyətində 1 matçda iştirak edib.

Mənbə: report.az