"Arsenal"ın futbolçusu meydanı xərəkdə tərk edib

"Arsenal"ın futbolçusu meydanı xərəkdə tərk edib

Futbol üzrə İngiltərə kubokunun 1/16 finalı çərçivəsində səfərdə "Bornmut"un qonağı olan "Arsenal" klubu ciddi itki ilə üzləşib.

"Report"un məlumatına görə, London təmsilçisinin futbolçusu Şkodran Mustafi matçın 58-ci dəqiqəsində zədələnib.

Komandasının qapıçısı Damian Martineslə toqquşmada zədə alan almaniyalı müdafiəçi oyunu davam etdirə bilməyib. 28 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub. Oyun isə "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Mustafi 2016-cı ildə "Valensiya"dan "Arsenal"a transfer olunub.

Mənbə: report.az