Son illərdə təyyarə qəzasında ölən idmançılar - VİDEO

26 yanvarda Kaliforniyada əfsanəvi basketbolçu Kobe Brayantın helikopter qəzasında vəfat etməsi idman dünyasını yasa boğdu.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza zamanı basketbolçunun 13 yaşlı qızı və 3 dostu da ölüb.

Bu qəza son illərdə idmançıların düşdüyü təyyarə və helikopter qəzalarını da gündəmə gətirib.

Həmin hadisələri dərin üzüntüylə xatırlayırıq:

7 sentyabr 2011

Rusiyanın “Lokomotiv” (Yaroslavl) xokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi Yaroslavlın “Tunoşna” aeroportundan qalxandan az sonra yerə çırpılıb.

Hadisə nəticəsində 44 nəfər ölüb, 1 nəfər isə sağ qalıb.

10 mart 2015

Fransız idmançılar - üzgüçü Kamille Muffat, yelkən idmançısı Florens Artaud və boksçu Aleksis Vastin Argentina ilə Çili arasında And dağlarında baş vermiş helikopter qəzasında ölüblər. Qəza “Dropped” adlı televiziya verilişinin çəkilişi zamanı baş verib. Hadisə zamanı 3 idmançıdan başqa 7 nəfər də vəfat edib.

29 noyabr 2016

Braziliyanın “Şapekoense” klubunun futbolçularını və klub işçilərinin daşıyan təyyarə Kolumbiyanın Medellin şəhərində dağlıq ərazidə düşüb. Hadisə nəticəsində təyyarədəki 77 nəfərdən 71-i ölüb.

Bu hadisə “Şapokense” klubu “Sudamerikana Kuboku”nun finalının ilk qarşılaşması çərçivəsində “Atletiko Nasional” klubu ilə qarşılaşmaq üçün Kolumbiyaya səfər edərkən baş verib.

27 oktyabr 2018

Həmin gün İngiltərə premyer liqasının “Lester” - “Vest-Hem” oyunundan təqribən 1 saat sonra “Lester”in tayvanlı prezidenti Vişay Şrivaddanprabha helikopter qəzasında dünyasını dəyişib. Onunla birlikdə qızı, 2 pilot və köməkçisi də vəfat edib.

Məlumata görə, pilotun kabinəsində dönməni idarə edən pedallar sükan sistemindən ayrılıb, nəticədə helikopter sabitliyini itirib, dövr etməyə başlayıb və yerə çırpılıb.

 

21 yanvar 2019

Argentinalı futbolçu Emilyano Sala helikopterlə Fransanın Nant şəhərindən Uelsin paytaxtı Kardiffə uçarkən La-Manş boğazına düşüb. Onun cəsədi 2 həftəlik axtarışlardan sonra tapılıb.

Qeyd edək ki, Sala 19 yanvarda 15 milyon funt-sterlinq qarşılığında “Nant”dan “Kariff Siti”yə keçməyə razılıq vermişdi. O, 21 yanvarda müqavilə imzalamaq üçün Kardiffə uçurdu.

Fərid ƏDALƏTBAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

"Sabah" klubu Moldova millisinin futbolçusunu transfer edib

SONRAKI XƏBƏR

Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur