Cüneyt Çakır FİFA hakimliyindən çıxarılır

Cüneyt Çakır FİFA hakimliyindən çıxarılır

Dünyanın ən yaxşı hakimləri sırasında göstərilən Cüneyt Çakırın FİFA kateqoriyası əlindən alınacaq.

Apasport.az saytının məlumatına görə, AVRO-2020 türkiyəli referi üçün sonuncu böyük turnir olacaq.

Çakırın son vaxtlar daxili birincilikdə kobud səhvlərə yol verməsi, eləcə də, Avropa arenasında istənilən performansı ortaya qoymaması bu qərara səbəb olub. Çakır FİFA-nın DÇ-2022 üçün çağırış etdiyi hakimlər sırasında da yer almayıb.

Türkiyəli referinin "qələminin qırılması"nın səbəblərindən biri kimi də ötən ilin oktyabrında idarə etdiyi Sloveniya - Avstriya matçı göstərilir. Həmin qarşılaşmada 43 yaşlı hakimin bir epizodda avstriyalı futbolçuya birbaşa qırmızı vərəqə göstərməməsi ev sahiblərinin narazılığına səbəb olub. Sloveniyalı UEFA prezidenti Aleksander Çeferin də oyundan sonra hakim səhvinin final mərhələsinə vəsiqə şanslarının üstündən xətt çəkdiyini söyləyib. Qitə futbol qurumu rəhbərinin böyük oyunların ona həvalə edilməməsi ilə bağlı göstəriş verdiyi vurğulanır.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FIFA referisi statusunu daşıyır.

Mənbə: azpolitika.info