Sadio Manenin son durumu məlum oldu

Sadio Manenin son durumu məlum oldu

"Liverpul"un zədəli futbolçusu Sadio Manenin son durumu məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurqen Klopp bildirib. 27 yaşlı hücumçu növbəti 2 görüşü buraxacaq. Seneqallı oyunçu 25-ci turda "Vest Hem" və 26-cı turda "Sauthempton"la oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, Mane son turda "Vulverhempton"lla görüşdə ayaq əzələsindən zədələnib.

 

 

Mənbə: metbuat.az